İran qalmaqallı edamı həyata keçirdi

Reyhanə Cabbarinin onu zorlamağa çalışan kişini öldürdüyü ehtimal olunurdu

İranda cinsi təcavüzçünü öldürdüyü ehtimal edilən və bu əməlinə görə 5 il əvvəl haqqında edam hökmü çıxarılan qadın bu gün asılıb.

Reyhanə Cabbarinin edamı xəbərini İRNA xəbər agentliyi verib.

Amnesty International bildirib ki, o, "ciddi nöqsanlarla müşayiət edilən istintaq və məhkəmədən" sonra təqsirli bilinib.

Onun öldürdüyü Murtuza Abduləli Sərbəndi kiçmiş kəşfiyyat zabitidir və Cabbari deyir ki, Sərbəndi onu zorlamaq istəyib.

Dünən Reyhanə Cabbarinin anasına qızı ilə bir saatlıq görüşə icazə veriblər. Bu, İranda edamdan əvvəl həyata keçirilən bir adətdir.

Edamın icrasının qarşısını almaq üçün Sərbəndinin ailəsi Cabbarini əfv edə və ya maliyyə təzminatı ilə dəyişdirilməsini qəbul edə bilərdir. Lakin ailə bunları rədd etdikdən sonra edam hökmü icra edilib.

İnsan haqları qrupları uzun illərdir İranı edam hökmünü ləğv etməyə çağırır.