İranda prezidentliyə namizədlərin ilk debatı keçiriləcək

A combination of eight pictures shows the eight candidates approved for Iran's June 14 presidential election. (Clockwise from L) Mohammad Gharazi, Mohsen Rezaei, Mohammad Bagher Qalibaf, Gholam Ali Haddad Adel, Hasan Rowhani, Mohammad Reza Aref, Ali Akbar


İranda prezidentliyə səkkiz namizədin cümə günü ilk debatına son hazırlıqlar gedir. Namizədlər prezident seçkilərinə qədər üç debat keçirəcək.

Cümə günü birinci debatda iranlılar keçən həftə prezident seçki kampaniyası başlayandan bəri ilk dəfə bütün səkkiz namizədi bir səhnədə görmək imkanı əldə edəcək. İndiyə qədər prezidentliyə namizədlərin ictimaiyyətlər görüşləri kampaniya zamanı qısa dayanacaqlar, habelə televiziya və radioa qısa çıxışlarla məhdudlaşdırılmışdı.

Çərşənbə günü İranın Ali dini rəhbəri Ayətullah Xameneyi namizədlərə debatlar zamanı dürüst olmaöa və bir-birinə hörmətlə yanaşmağa çağırmışdı.

Ayətullahın veb səhifəsində açıqlanmış məlumata əsasən, o, namizədlərin səs qazanmaq naminə opponentlərini və reallıqları ləkələməməli olduğunu deyib.

Dörd il bundan əvvəl televiziyada debat zamanı prezident Mahmud Əhmədinejad və onun islahat tərəfdarı iki opponent-Mir Hüseyn Musəvi və Mehdi Kərrubi arasında qızğın mübahisə aparılmışdı.