İran prezident seçkilərində namizədlərin kampaniyasının son günüdür


İranda prezident seçkilərində iştirak edəcək altı namizəd cümə günü səsvermədən öncə kampaniyalarının son gününü keçirir.

Namizədlər cümə günü səsvermə məntəqələrinin açılmasından öncə seçicilərə mövqelərini bir daha nümayiş etdirmək üçün imkandan istifadə edir.

İranın ali dini rəhbəri Ayətullah Xameneyi iranlıları seçki fəallığı göstərərək, səsvermədə iştirak etməyə çağırıb.

İRNA dövlət xəbər agentliyi tərəfindən yayımlanan çıxışında Ayətullah Xameneyi İran xalqının seçkidə fəal iştirakının “düşməni ruhdan salacağını, onun təzyiqinin azaldacağını” deyib.

İranlılar cümə günü Ayətullah Xameneyiyə loyal, əsas etabarilə mühafizəkar altı namizəd arasında prezident Mahmud Əhmədinejadın sələfini seçmək üçün səs verəcək.