İran prezidenti Məsud Pezeşkian bazar ertəsi sünni azlıqdan olan siyasətçini ucqar yerlərin inkişafı üzrə vitse-prezident təyin edib.
"Prezident sərəncamı ilə dəyərli təcrübəsinə görə Əbdülkərim Hüseynzadəni ölkənin ucqar yerləri və əlverişsiz ərazilərinin inkişafı üzrə vitse-prezident vəzifəsinə təyin edib" - deyə, prezidentin saytında bildirilib.
Böyük əksəriyyəti şiələr və rəsmi dövlət dini İslamın şiə məzhəbi olan İranda sünni müsəlmanlar ölkə əhalisinin təxminən 10%-ni təşkil edir.
1979-cu il İslam inqilabından sonra sünnilər hakimiyyətdə yüksək vəzifələri çox nadir hallarda tutub.
İranda ölkədə prezidentlik işləri ilə bağlı təşkilatların idarə olunmasına cavabdeh olan bir çox vitse-prezident vəzifəsi var.
44 yaşlı islahatçı Hüseynzadə 2012-ci ildən İran parlamentində şimal-qərbdəki Naqade və Oşnaviye şəhərlərini təmsil edir.
O, dəfələrlə İranda sünnilərin hüquqlarını müdafiə etmək üçün açıq şəkildə çıxışlar edib.
Özü də islahatçı olan Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusən də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib.