İran Məhəmməd Xatəminin ölkədən çıxmasına imkan verməyib

İslahatçıların veb səhifəsində verilən məlumata görə, İran hökuməti keçmiş prezidenti Məhəmməd Xatəminin ölkədən çıxmasına icazə verməyib

İslahatçıların veb səhifəsində verilmiş məlumata görə, İran hökuməti keçmiş prezidenti Məhəmməd Xatəminin ölkədən çıxmasına icazə verməyib.

Parlamannyus veb saytında bildirilir ki, cənab Xatəmi Yaponiyada nüvə tərksilahına dair konfransda iştirak etmək üçün bu gün axşam İranı tərk etməli idi.

İran hökuməti bununla bağlı hələlik şərh verməyib. Cənab Xatəmi iyun seçkilərində prezidentliyə namizəd Mir Hüseyn Musəvinin dəstək verən əsas siyasi fiqurlardan biri idi.