İran müxalifəti Musəvinin atasının dəfn mərasimində 7 nəfərin həbs edildiyini bildirir

  • Amerikanın səsi

İran müxalifəti Musəvinin atasının dəfn mərasimində 7 nəfərin həbs edildiyini bildirir

İran müxalifətinin veb səhifəsinə əsasən, təhlükəsizlik qüvvələri islahatçı lider Mir Hüseyn Musəvinin atasının dəfn mərasimində iştirak edən yeddi nəfəri həbs edib. Musəvinin vebsaytı Kaleme.com bildirir ki, onun Tehrandakı evinin ətrafında böyük sayda təhlükəsizlik qüvvələri yerləşdirilib. Burada bildirilir ki, qarşıdurma adi geyimdə olan polis mərhumun cənazəsini dəfn edilmək üçün təcili yardım maşınına yerləşdirdiyi zaman baş verib. Musəviyə yaxın başqa bir müxalifət saytına əsasən, İran rəsmiləri atası ilə vidalaşmaq üçün çərşənbə günü ona atasının evinə getməyə icazə veriblər. Müxalifət veb səhifələrində deyilir ki, Mir Hüseyn Musəvi və onun həyat yoldaşı fevralın 14-dən hökumət tərəfindən nəzarət altında saxlanılır.