Rusiyanın ABŞ-dan Moskvaya sanksiyaların Rusiyanın İranla əməkdaşlığına zərər vurmayacağına dair yazılı zəmanət tələb etməsi Tehranla qlobal qüvvələr arasında 2015-ci il nüvə razılığını bərpa etmək üçün aparılan danışıqlar üçün “konstruktiv deyil.” Bunu yüksək vəzifəli İran rəsmisi şənbə günü Reuters-ə bildirib.
Rusiyanın Tehranla Vaşinqton arasında aylardır Vyanada aparılan intensiv dolayı danışıqlara zərər vura biləcək açıqlaması Tehran BMT-nin nüvə nəzarətçisi ilə nüvə razılığının əldə olunmasına yardım edə biləcəcək məsələləri həll etmək üçün yol xəritəsi üzərində razılıq əldə etdiyini bildirməsindən qısa müddət sonraya təsadüf edib.
“Ruslar bu tələbi iki gün öncə [Vyana danışıqlarında] irəli sürüb. Belə bir anlayış var ki, Rusiya Vyana danışıqlarında mövqeyini dəyişdirməklə başqa yerlərdəki maraqlarını da təmin etmək istəyir. Bu addım Vyana nüvə danışıqları üçün konstruktiv deyil,” İran rəsmisi Tehranda bildirib.
ABŞ-dan Qərbin Rusiyaya Ukraynaya hərbi müdaxiləsi səbəbilə tətbiq etdiyi sanksiyaların Moskvanın İranla əməkdaşlığına ziyan vurmayacağına dair yazılı zəmanət tələb edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, məhdudiyyətlər İran nüvə razılığı üçün maneəyə çevrilib və Qərbə xəbərdarlıq edib ki, Rusiyanın milli maraqları da nəzərə alınmalıdır.
Lavrov deyib ki, Rusiyaya Ukraynadakı münaqişə səbəbilə tətbiq olunan sanksiyalar Moskvanın perspektivindən “problem” yaradıb.Rusiyanın tələblərinin Tehranla dünya qüdrətləri, o cümlədən Rusiya arasında 11 aydır davam edən danışıqlara ziyan vurub-vurmayacağına dair suala cavab olaraq Beynəlxalq Böhran Qrupunun İran Layihəsinin direktoru Əli Vaez deyib: “Hələ yox. Amma iki böhranı daha uzun müddət bir-birindən ayırmaq mümkün deyil”.
“ABŞ həddindən artıq parçalana bilən materialın Rusiyaya ötürülməsi ilə bağlı işlərdə istisnalar edə bilər. Amma bu iki məsələnin bir-birinə qarışmağa başladığına işarədir,” Vaez deyib.
Vyanadakı danışıqlarda iştirak edən bütün tərəflər cümə günü razılıq əldə etməyə yaxın olduqlarını deyiblər. “Biz Beynəlxalq Atom Enerjisi Agentliyini [İranın] Xordad [21 iyun] ayının sonuna qədər Tehranla agentlik arasında qalan suallarla əlaqəli sənədləri təqdim etməyə razılaşmışıq,” İranın nüvə rəhbəri Məhəmməd İslami Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə birgə mətbuat konfransında bildirib.
Qrossi cümə günü İranın uranı zənginləşdirməsini məhudulaşdırması müqabilində iqtisadi sanksiyaları aradan qaldıran sazişin canlanmasına mane olan son qəliz məsələlərdən birini müzakirə etmək üçün cümə günü Tehrana gedib.
Danışıqlarda əngəl yaradan məsələlərdən biri Tehranın İranda bir neçə köhnə, ancaq elan olunmamış nüvə obyektlərində uran izləri ilə bağlı sualın qapadılmasını istəməsidir. Ancaq Qərb qüdrətləri deyir ki, bu ayrı həll olunmalı olan məsələdir.
Şənbə günü Vyanaya dönmədən öncə İranın xarici işlər naziri ilə də danışıqlar aparan Qrossi deyib ki, “İranın hələ də həll etməli olduğu məsələlər var.”