Bu gün İran, ABŞ və Avropa İttifaqının diplomatları İranın nüvə proqramına dair növbəti danışıqlar keçirir.
İranın xarici işlər nazirinin müavini Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbər müavini Helqa Şmid və ABŞ dövlət katibinin müavini Uendi Şermanla müzakirələr aparır.
İranın xarici işlər naziri Cavad Zərif görüşdən öncə nikbinliyini dilə gətirərək, ölkəsinin dünya qüdrətləri ilə nüvə proqramına dair danışıqlar prosesində inkişaflar qeydə alındığını bildirib.
Abbas Araqçı bundan əvvəl bəzi məsələlərin həllini tapmadığını da qeyd edib.
Nazir müavini Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbər müavini Helqa Şmidlə danışıqlar zamanı bu məsələlərin gündəmə gətiriləcəyini deyib.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki razılığın nə zaman həyata tətbiq ediləcəyinə dair təxminlərə yol vermək istəmədiyini, lakin Amerikanın bunun tez bir zamanda baş verməsini istədiyini bildirib. O, tərəflərin həllini tapmamış bir neçə məsələ üzərində işlədiklərini deyib.
İran BMT-nin beş daimi üzvü və Almaniya ilə nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların yüngülləşdirilməsinə dair razılığı noyabr ayında əldə edib.