Kerri və Zərif arasında nüvə danışıqları davam edir

Çərçivə razılaşmasının əldə olunması üçün son tarix 31 martdır

ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirak etdiyi İranın nüvə proqramına dair danışıqlar çərşənbə axşamı İsveçrədə davam edri.

Görüş zamanı tərəflər İran iqtisadiyyatına zəiflədən sanksiyaların yüngülləşdirilməsi mübadiləsində İranın nüvə proqramının sülh məramlı olduğunu sübut edəcək sazişə dair planı qəbul etməyə çalışırlar.

Çərşənbə günü ABŞ-ın yüksək səviyyəli bir rəsmisi bu ayın sonu üçün qoyulmuş son möhlətədək çərçivə razılaşmasının əldə edilib-edilməyəcəyinin müəyyən olmadığını bildirib.

“İran hələ sərt və zəruri seçimlər etməlidir”, deyə adının açıqlanmamasını istəyən ABŞ rəsmisi müxbirlərə bildirib.

Rəsmi həmçinin bildirib ki, bazar günü Kerri ilə keçirilən görüş zamanı iranlılar 42 respublikaçı senatorun ötən həftə Barak Obamadan sonra gələcək prezidentin əldə olunacaq müqaviləni ləğv edəcəyi barədə göndərdikləri məktubla bağlı məsələni də qaldırıblar.