Dünya qüdrətləri və İran razılığın əldə olunacağı barədə nikbindir

İranın uranı zənginləşdirməsinin məhdudlaşdırılmasına çalışan diplomatların son müzakirələr zamanı heç bir razılığa gəlməməsinə baxmayaraq, dünya qüdrətləri və İran diplomatları razılığın əldə olunacağına dair nikbinliklərini ifadə ediblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Cenevrədə keçirilən yığıncaq zamanı hər iki tərəf üçün əhəmiyyətli irəliləyişlər olduğunu desə də, 5+1 qrupuna daxil olan Birləşmiş Ştatlar, Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında fikir ayrılıqlarının olduğunu deyib.

Birləşmiş Ştatların dövlət katibi Con Kerri və Britaniyanın xarici işlər naziri Villiam Haq isə qrupun eyni fikirdə olduğunu bildirib. Cənab Kerri İranın təklifi qəbul etmədiyini, lakin gələn ay keçiriləcək görüş zamanı hər iki tərəfin razılıq əldə edəcəyinə ümid etdiyini dilə gətirib.