İranlılar çərşənbə günü tonqal qalayıb, atəşfəşanlıq təşkil edərək təxminən 4000 il tarixi olan Od festivalını qeyd ediblər. Zərdüştilik dövrünə aid bu ənənə bəzi dindar mühafizəkarlar tərəfindən tənqid edilir.
Hər il qeyd edilən ənənənin tarixi 1700 il əvvələ gedib çıxır və Atəşpərəsliklə əlaqələndirilir.
Bu mərasim martın 21-i qeyd ediləcək Novruz bayramından bir neçə gün əvvəl keçirilir.
Tehran şəhərində, parkda oğlanlar tonqalın üstündən tullanıb, fişənglər atıb və avtomobillərdən səslənən musiqi sədaları altında rəqs edib.
Polis insanların əsas maqistral və meydanlardan kənar dayanmasına dair xəbərdarlıq edib, lakin əyləncələrə müdaxilə etməyib.