Əhməd Müntəziri 6 il müddətinə azadlıqdan məhrum edilib

İranın Ali Ayətullası Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri 6 il müddətinə azadlıqdan məhrum edilib.

60 yaşlı müttəhimin atası milli təhlükəsizliyə hədə və gizli məlumatların yayılması ittihamı ilə Qum şəhərinə sürgün edilmişdi.

ISNA xəbər agentliyinin bildirdiyinə görə, Müntəziri məxfi məlumatları 1988-ci il İraq müharibəsi zamanı yazılan yazını audio şəklində yayıb.

Ayətulla Hüseyn Əli Müntəziri

Səs yazısında onun atası minlərlə məhbusun kütləvi şəkildə məhvini pisləyib.

2009-cu ildə vəfat edən Müntəziri İslam İnqilabının atası kimi tanınan Ruhulla Xomeyninin sağ qolu idi. O həm də Xalqın Mücahidləri dissidentlərinin qətlini pisləyən çox az siyasi liderlərdən biri olub.

Xalqın Mücahidləri siyasi qrupu İraqla müharibə zamanı Səddam Hüseyni dəstəkləyirdi.

İranın ədliyyə naziri Mustafa Purməhəmmədi qətllərlə bağlı peşmanlıq hissi keçirmədiyini bildirib.

Əhməd Müntəzirinin hökmlə bağlı apellyasiya məhkəməsinə müracət etməsi üçün 20 günü var.