Tehran şənbə günü geniş-miqyaslı danışıqlar üçün qonşu İraqın prezidentinə ev sahibliyi etdiyi bir vaxt, İranın ali lideri və prezidenti Birləşmiş Ştatların Yaxın Şərqdə mövcudluğunu tənqid edib.
Onillərdir əzəli düşmən olan Birləşmiş Ştatlar və İran 2003-cü ildə ABŞ-ın başçılıq etdiyi hərbi müdaxilə ilə diktator Səddam Hüseynin devrilməsindən bəri İraqda nüfuz uğrunda mübarizə aparır.
Hər iki plkə İraq İslam Dövləti qrupunu məğlub etməyə yardım edib və ABŞ-ın ölkədə məsləhət və təlim məqsədilə 2500 əsgəri qalır.
ABŞ-ın baçşılığı ilə İslam Dövlətinin qalıqları ilə mübarizə kolasiyası daxilində ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var ki, onların əksəriyyəti kürdlərin idarə etdiyi şimal-şərqdədir.
Bundan əlavə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması İran körfəzinin o tayında olan Bəhreyndə qərargahlanıb.
“İraqda bir amerikalı belə çoxdur”
“Amerikalılar heç kəslə dost deyillər və hətta avropalı dostlarına belə sadiq deyillər,” Ayətullah Xamenei İraq prezidenti Əbdül Lətif Rəşidlə görüşü zamanı deyib. Bu barədə ali ruhaninin vebsaytında yazılıb. “İraqda hətta bir amerikalının mövcudluğu belə həddindən artıq çoxdur.”
Ali ruhanidən öncə Rəşid Prezident İbrahim Rəisi ilə görüşüb və onunla birgə mətbuat konfransı keçirib.
“Biz regionda xarici qüvvələrin və əcnəbilərin mövcudluğunu yararlı hesab etmirik,” Rəisi müxbirlərə deyib.
“ABŞ-ın mövcudluğu regionun təhlükəsizliyini pozur,” İran prezidenti deyib.
“Bizim İraqla münasibətimiz ortaq maraqlara əsaslanır,” o deyib və əlavə edib ki, “amerikalılar öz maraqları barədə düşünür, regiondakı ölkələrin maraqları deyil.”
İstiləşən münasibətlər
İran və İraqın 1980-ci illərdə səkkiz illik müharibə aparmalarına baxmayraq, şiələrin çoxluq təşkil etdiyi iki qonşu ölkə arasında münasibətlər 2003-ci ildəki hərbi müdaxilə nticəsində Səddam və onun sünnilərin üstünlük təşkil etdiyi rejimi devriləndən bəri xeyli istiləşib.
İran sanksiyalara məruz qalan İslam Respublikasının əsas iqtisadi dəstəkçilərindən birinə çevrilib, İran isə İraqı qaz, elektrik və istehlak malları ilə təmin edir.
Rəisi Rəşidlə mətbuat konfransında İranın İraqla təhlükəsizlik və başqa sahələrdə əməkdaşlığının vacibliyini vurğulayıb.
“İranla İraq arasında əlaqələr su və elektrik infrastrukturu sahəsində davam edəcək,” o deyib.
“İki ölkə arasında təhlükəsizlik anlaşması yaradılıb və İraq və onun sərhədlərinin təhlükəsizliyi bizim üçün çox vacibdir,” Rəisi əlavə edib.