ABŞ-ın xəbərdarlığına baxmayaraq, İran körfəzlərdəki müntəzəm missiyasını davam etdirəcək

ISNA xəbər agentliyinin bildirdiyinə görə, ABŞ-ın hərbi gəmilərindən uzaq durması ilə bağlı xəbərdarlığından sonra İran körfəzlərdəki müntəzəm missiyasını davam etdirəcək.

“İran İslam Respublikasının gəmiləri Fars və Oman körfəzlərində müntəzəm missiyasını keçmişin peşəkar prinsiplərinə əsasən davam etdirəcək” - deyə, ISNA adının açıqlamadığı rəsmiyə istinadən bildirib.

ABŞ-ın xəbərdarlığı ötən ay prezident Donald Trampın ABŞ-ın hərbi gəmilərini təhrik edən hər bir İran gəmisinin vurulacağı ilə hədələməsindən sonra verilib.

Bəhreyndə yerləşən Amerika Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının bəyanatında deyilir ki, xəbərdarlır “təhlükəsizliyi artırmaq, qeyri-müəyyənliyi minimuma endirmək və səhv hesablama riskini azaltmaq üçün hazırlanıb.”

Aprel ayında baş verən insident haqda ABŞ-ın Dəniz Donanması video açıqlayıb. Videoda İranın sürətli qayıqlarının Küveyt yaxınlığında ABŞ gəmilərinə yaxınlaşdığı göstərilib..

İnqilab Qvardiyası qüvvələrin həmin vaxt təlimdə olduqlarını və Amerikanın qeyri-professional və provokativ əməlləri, xəbərdarlıqlara məhəl qoymaması ilə üzləşdiyini bildirib. İran daha sonra amerikalıların bölgəni tərk etdiyini deyib.

İnqilab Qvardiyası iddialarını sübut edəcək heç bir video və digər dəlil göstərməyib.

İnsident İranla ABŞ arasındakı gərginliklər vaxtına təsadüf edib.