Xarici işlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst İranın buna uyğun cavab verəcəyini deyib
İran rəsmi Ottavanın Tehranla diplomatik münasibətləri dayandırmaq qərarından sonra Kanadanın “sionist rejimin təsiri altında olduğunu” bəyan edib.
İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmahpərəst şənbə günü bildirib ki, Tehran onun dediyi kimi, Kanadanın ekstremist hökumətinə münasib cavab verəcəyini deyib. O, İranın necə cavab verəcəyi haqda bir söz deməyib.
Kanada hökuməti cümə günü Tehranda ölkə səfirliyini bağladığı və İran diplomatlarını Kanadadan çıxardığını bildirib. Xarici işlər naziri Con Baird deyib ki, rəsmi Ottava İran hökumətini dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə hesab edir. Kanada xarici işlər naziri İranın nüvə proqramı, Suriyaya hərbi yardım və İsraila düşmən münasəbət daxil olmaqla qərarın əsas səbəblərini göstərib. O həmçinin İranın terrorizmə dəstəyini qeyd edib.
ABŞ Dövlət Departamenti Kanadanın İranla bağlı narahatlıqlarını bölüşdüyünü bildirib. Dövlət Departamentinin sözçüsü Patrik Ventrel Birləşmiş Ştatların bütün ölkələrin İranın təcrid edilməsi prosesinə qoşulmasını istədiyini deyib.