İranlı dissident jurnalist Keyvan Səmimi azadlığa buraxılıb

Keyvan Səmimi

2020-ci ilin dekabrında "milli təhlükəsizliyə qarşı sui-qəsd" ittihamı ilə həbs edilən iranlı dissident jurnalist Keyvan Səmimi azadlığa buraxılıb. Bu barədə bazar günü islahatçı "Şərq" qəzeti məlumat yayıb.

73 yaşlı Səmimi 2020-ci ilin dekabrında üç il müddətinə azadlıqdan məhrum edilib və Tehrandan təxminən 200 kilometr şərqdə yerləşən Semnan həbsxanasında saxlanıb.

"Şərq" onun azadlığa çıxma tarixini dəqiqləşdirməyib.

Səmimiyə 2022-ci ilin fevral ayında səhhətindəki problemlərə görə həbsxananı tərk etmək icazəsi verilmişdi.

"Mehr" xəbər agentliyi milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə şübhəli bilindikdən sonra onun may ayında həbsxanaya qaytarıldığını bildirib.

Dekabr ayında o, həbsxanadan Məhsa Əmininin sentyabrın 16-da ölümündən sonra etiraz hərəkatını dəstəkləyən mesaj yayıb.

Samimi həm 1979-cu il İslam inqilabından əvvəl, həm də sonra həbs cəzaları çəkib.