İranlı rejissor Cəfər Pənahinin "Ayılar yoxdur" filmi tezliklə ABŞ kinoteatrlarında nümayiş etdiriləcək

İranlı kinorejissor Cəfər Pənahi

2010-cu ildə hökumət əleyhinə təbliğat apardığına görə həbs olunan iranlı rejissor Cəfər Pənahiyə 20 il film çəkmək qadağan edilib.

O vaxtdan bəri Pənahi beş məşhur filmini yaradıb.

Həbsxanada olan rejissorun son "Ayılar yoxdur" filmi tezliklə ABŞ kinoteatrlarında nümayiş etdiriləcək.

İyul ayında Pənahi hökumətin etirazları yatıran zaman həbs edilən kinorejissor Məhəmməd Rəsulofla bağlı məlumat almaq üçün Tehran prokurorluğuna gedib.

Pənahinin özü də həbs olunub və ona qarşı 10 il əvvəl irəli sürülən ittihamla 6 il müddətinə azadlıqdan məhrum edilib.

Pənahinin İranda hökumətin icazəsi olmadan çəkdiyi filmləri bədii müqavimətin fəndgirliyidir. O, özünü oynadığı meta-avtoportretlərdə incə mexanizmlə İran cəmiyyətinin humanizmini və eyni zamanda dağıdıcı tərəflərini əks etdirir.

Pənahi "Bu film deyil" filmini öz mənzilində çəkib. Görüntülər demək olar ki, tamamilə avtomobilin içərisində çəkilib. Gülümsəyən Pənahi sürücü rolunu oynayıb və yol boyu müxtəlif sərnişinləri götürüb.

İlin ən çox bəyənilən filmlərindən biri olan "Ayılar yoxdur" filmini Pənahi İran-Türkiyə sərhədində yerləşən kənddə çəkib və özünün fiksiya versiyasını oynayıb.

The New York TimesAssociated Press bu filmi ilin ən yaxşı 10 filmindən biri adlandırıb. Los Angeles Times-dan kino tənqidçisi Castin Çanq "Ayılar yoxdur" filminin 2022-ci ilin ən yaxşı filmi olduğunu deyib.

"Ayılar yoxdur" filmi İranın kino sahəsinin hökumətin sərt repressiyaları ilə getdikcə daha çox üzləşdiyi bir vaxt ABŞ sinemalarında tanınır.

Dəmir barmaqlıqlar arxasında olan Pənahinin "Ayılar yoxdur" filminin premyerası Venesiya Film Festivalında nümayiş etdirildikdən bir həftə sonra 22 yaşlı Məhsa Amininin "mənəviyyat polis"-inin həbsi zamanı ölməsi ölkə boyu etirazlara yol açdı.