İranda 1979-cu il İslam İnqilabının ildönümü qeyd edilir

İranda qərb tərəfdarı monarxiyaya son qoyulub islamçıları hakimiyyətə gətirən İslam İnqilabının ildönümüdür.

1979-cu il

1979-cu il inqilabı soyuq hava şəraitinə baxmayaraq Tehran və digər şəhərlərdə yürüşlərlə qeyd edilir.

Paytaxtın yüz minlərlə insanın toplaşdığı Azadi meydanında ölkə prezidenti Həsən Ruhani nitq söyləyib.

"Əsl mühafizəkarlar, əsl mötədillər əsl inqilabçılardır. Zəmanəmizdə inqilabçı dedikdə tolerantlıq, müqavimət və dünya bazarlarında rəqabət aparmaq imkanı nəzərdə tutulur"-deyə İranın dövlət başçısı bildirib.

Əsl mühafizəkarlar, əsl mötədillər əsl inqilabçılardır

​İslam İnqilabının ildönümü İranın parlament seçkiləri ərəfəsinə təsadüf edir. Prezident Ruhani seçkilərin mühafizəkarların əksəriyyət təşkil etdiyi parlamentdə balans yaradacağına ümid bəsləyir.

Həsən Ruhani

Nümayişçilər ənənəvi olaraq İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib, bu ölkələrə qarşı plakatlar qaldırıb.
İranın İnqilab Qvardiyasının rəhbəri Qasım Süleymani kimi bir çox lider yürüşlərə qatılıb.

Gənclər yanvarın ortalarında ABŞ dənizçilərinin İranda nəzarət altına alınmasını göstərən səhnələr təşkil edib.

Dövlət televiziyasında 10 dənizçinin əlləri yuxarı vəziyyətdə şəkilləri dəfələrlə nümayiş etdirilib. Nümayiş etdirilən videoda dənizçinin birinin ağladığı an qeydə alınıb.