İranın dəstəklədiyi üsyançıların İraqda ABŞ əsgərlərinə yaratdığı təhlükə artıb

ABŞ-ın İraqdakı hərbi komandanı general Rey Odiyerno bildirib ki, İranın İnqilabi Qvardiyası tərəfindən təlim verilib maliyyələşdirdiyi Kataib Hizbullah qrupunun Amerika hərbi qüvvələrinə hücum edə bilməsi təhlükəsi artmışdır

ABŞ-ın İraqdakı hərbi komandanı general Rey Odiyerno bildirib ki, Amerika əsgərlərinə hücum etmək üçün İranda xüsusi təlim keçən üsyançıların yaratdığı təhlükəyə görə Birləşmiş Ştatların hərbi bazalarında təhlükəsizlik səviyyəsi gücləndirilib.

General Odiyernonun bildirdiyinə görə, İranın İnqilabi Qvardiyası tərəfindən təlim verilib maliyyələşdirdiyi Kataib Hizbullah qrupunun Amerika hərbi qüvvələrinə hücum edə bilməsi təhlükəsi artmışdır.

Bağdadda müxbirlərlə danışan general Odiyerno deyib ki, bu, İran və başqalarının ABŞ-ın İraqın daxilində roluna təsir göstərmək üçün daha bir cəhddir.