İranın xarici işlər naziri iki günlük danışıqlar aparmaq üçün İraq paytaxtına gedib.
Məhəmməd Cavad Zərif Bağdada bu gün çatıb. Onun iraqlı həmkarı Zoşyar Zebari və yeni baş nazir Heydər Əl-Əbadi ilə görüşü nəzərdə tutulub.
Cənab Zərif habelə İraq prezidenti Fuad Məsum və hakimiyyəti tərk etməkdə olan baş nazir Nuri Əl-Maliki, eləcə də başqa rəsmiləri görüşü planlaşdırılıb.
Görüşlər zamanı İslam Dövləti qrupunun böyük bir ərazini ələ keçirdiyi İraqda təhlükəsizlik vəziyyətinin müzakirə olunacağı ehtimal olunur.