İranda 2009 və 2018-ci il nümayişlərinin fərqi

Hazırda iranlıların yarısı, yəni 48 milyonu ağıllı telefonlardan istifadə edir

2009-cu ildə iranlıların yürüşləri Twitter və Facebook kimi sosial media vasitəsi ilə təşkil edilirdi.

Texnologiya vasitəsi ilə nümayişlər “Twitter inqilabı" adlandırılır.

2018-ci ildə texnologiya yenidən İran nümayişlərinə platforma oldu.

Lakin illər keçdikcə İran vətəndaşları nümayişlərin təşkilində bundan kommunikasiya aləti kimi istifadə edir.

Əsəs dəyişikliklər:

1. Smartfonlardan istifadə artdıqca iranlıların intenetə çıxışı da artıb

2009-cu ildə iranlıların yalnız 15 faizinin interneti var idi.

Twitter-dən nümayişlər barədə məlumat almaq üçün istifadə edilirdi. Bu platformanın siyasi aksiyaların təşkilində nə qədər rolu olduğu bəlli deyildi.

O zaman iranlıların 30 faizində cib telefonu var idi. Mesajlar dildən-dilə və ya SMS vasitəsi ilə yayılırdı.

Hazırda iranlıların yarısı, 48 milyonu ağıllı telefonlardan istifadə edir. Onların 50 faizindən çoxu onlaydadır.

2. Mesaj növlərinin artımı

2009-cu ildə Facebook və Twitter iranlılar üçün bir yenilik idi və onlar bu xidmətdən evdəki kompüterlərdə istifadə edirdi.

2009-cu il nümayişləri barədə məlumatlar yayıldıqda Obama administrasiyası Twitter-dən iranlıların istifadə etməyə davam etməsi üçün xidmətə çevirdiyi bir yeniləməni təxirə salmağı istəmişdi.

Hazırda iranlılar ciblərindəki cihazlarla mesaj yollamağın müxtəlif üsullarına malikdir.

İranda ən populyar yeni xidmət Telegram-dır. Telegramda 100 mindən çox iranlı kanalı var. İkinci yeri Facebook-un Instagram-ı tutur.

Etiraz aksiyaları genişləndikcə İran rejimi Telegram və Instagram-ı bloklayıb. Lakin mesajlaşmaq üçün müxtəlif applikasiyalar mövcuddur.

“İran rejimi siqnalları, telegram və s. kəsə bilər. Lakin 2009-cu ildən fərqli olaraq hazırda mesajlaşma applikasiyalarının uzun bir sıyahısı var”, deyə, Jigsaw şirkətinin icraçı direktoru Ceyrd Kohen tvit edib.

3. Anti-filter vasitələrinin dəyişdirilməsi

2009-cu ilin Yaşıl Hərəkatından bəri iranlılar VPN kimi hökumətin nəzarətini yayındıran və senzuranı yasaqlayan vasitələr əldə edib.

“İranın internet istifadəçiləri daha geniş çeşidli vasitələr əldə edib. Bu vasitələr müəyyən bloklanmış resurslara çıxışı təmin edir”- deyə, rəqəmsal hüquqların müdafiəsi qrupu NetBlocks.org-un təsisçisi Alp Toker bildirib.

4. Mobil texnologiyadan istifadə edən iranlıların təhlükələri

İranlılar daha çox kommunikasiya texnologiyası əldə etdikdə 2009-cu illə müqayisədə daha qapalı, daha tənzimləyici olub. Mobil cihazlar kompüterlərdən az olduğu üçün onlar internet filterlərini aça bilmirlər.

Bundan əlavə iranlıların çoxu iPhone-lardan istifadə edir. Yeniləyici sofveyrləri olmadığı üçün onlar hökumətin sposorluğu il haker hücumlarına məruz qalır.