İran Hindistanın neftə görə borcun üçdə iki hissəsini ödədiyini bildirir

  • Amerikanın səsi

İran Hindistanın neftə görə borcun üçdə iki hissəsini ödədiyini bildirir

İranın İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Hindistan sanksiyalarla əlaqədar yaranmış problemlərə görə gecikdirilmiş borcunun üçdə iki hissəsini ödəyib. İSNA İranın mərkəzi bankının rəhbəri Mahmud Bəhməniyə istinadən xəbər verib ki, Hindistan İrana artıq 5 milyard dollar ödəyib. Bəhməninin bildirdiyinə görə, İran və Hindistan Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyaları ötərək, borcun qalan hissəsinin qızıl vasitəsilə ödənilməsi məsələsini müzakirə edib. Hindistan ABŞ-ın İranla əməliyyatlar aparan banklara sanksiya tətbiq etdiyi üçün xam neftə görə ödənişləri dekabr ayından dayandırmışdı. Enerjiyə böyük tələbatı olan Hindistan İrandan gündə 400 min barrel xam neft alır. Bu, Hindistanın neft idxalının 12 faizini təşkil edir.