Hindistan İrana neftə görə borcun bir hissəsini ödəyib

  • Amerikanın səsi

Hindistan İrana neftə görə borcun bir hissəsini ödəyib

İran son 10 gün ərzində neftə görə ödənişlərin bir hissəsi kimi Hindistandan 1,4 milyard dollar alıb. İranın Mərkəzi Bankı Hindistanın son aylar çatdırılan neftə görə borcu təxminən 5 milyard dollar təşkil edir. Hindistan ABŞ-ın İranla biznesi olan banklara qarşı sanksiyalarına cavab olaraq dekabr ayından İrandan çatdırılan xam neftə görə ödənişləri yerinə yetirmir. Hindistan hökuməti keçən ay neftə görə İrana ödənişləri yerinə yetirmək istədiyini bildirmiş, lakin hökumətin istifadə edəcəyi vasitələri açıqlamamışdı. Ödənişlərin qalan hissəsinin necə yerinə yetiriləcəyi hələlik aydın deyil. Enerjiyə ehtiyacı olan Hindistan İrandan gündə 400 min barrel neft alır. Bu, Hindistanın neft idxalının 12 faizini təşkil edir.