İranda hökumət tərəfdarları nümayişlər keçirib

BMT-nin İranla bağlı növbədənkənar müzakirələrə hazırlaşdığı vaxt, İranda hökumət tərəfdarları nümayişlər keçirib.

On minlərlə insanın qatıldığı Tehran və digər şəhərlərin aksiyaları artıq 3 gündür davam edir.

Tehran imamı rəsmiləri 22 nəfərin ölümünə səbəb olanlarla bağlı dəqiq istintaq aparılmasına çağırıb.

İran rəsmiləri nümayişlərə görə Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyi, İsrail və Səudiyyə Ərəbistanını günahlandırır. Onlar ABŞ prezidenti Donald Trampı gərginlikləri artırmaqda ittiham edir.

ABŞ dövlət Departamenti baş verənlərə səssiz qalmayacağını bəyan edib.

Ağ Ev rəsmisi cümə axşamı deyib ki, ABŞ keçən həftə başlayan etirazların boğulmasında məsuliyyət daşıyanlara qarşı yeni sanksiyaların tətbiqinə çalışacaq.

Eyni zamanda ABŞ səfiri Nikki Heyli Birləşmiş Millətlər Təşkilatında çıxış edərək, İrandakı vəziyyətlə bağlı cümə günü BMT-nin təcili iclasınının keçirilməsinə çağırış edib.