İranın İnqilab Keşikçiləri Korpusunun rəhbəri etirazçılara xəbərdarlıq edib: "Bu gün iğtişaşların son günüdür"

Hüseyn Salami

İranın qüdrətli İnqilab Keşikçiləri Korpusunun başçısı etirazçılara xəbərdarlıq edib ki, şənbə günü onların küçələrdə nümayişlər keçirdiyi son gün olacaq. Bu, təhlükəsizlik qüvvələrinin ölkə boyu davam edən iğtişaşlara qarşı şiddətli repressiyalarını intensivləşdirəcəyinə işarədir.

İran 22 yaşlı kürd qadın Məhsa Əminin ötən ay əxlaq polisinin nəzarətində ikən ölümündən sonra etirazlara bürünüb. Bu da ruhani rəhbərliyin 1979-cu il inqilabından bəri üzləşdiyi ən cəsarətli etirazlardan biridir.

“Küçələrə çıxmayıb. Bu gün üsyanların son günüdür,” Keşikçilər Korpusunun komandiri Hüseyn Salami deyib. İranın ruhani rəhbərliyi bu böhrana görə xarici düşmənlərini, o cümlədən İsrail və Birləşmiş Ştatları günahlandırır.

“Bu alçaq plan… Ağ Ev və Sionist rejim tərəfindən hazırlanan bir plandır,” Salami deyib.

İranlılar qadınların aparıcı rol oynadığı xalq üsyanı boyunca bu cür xəbərdarlıqlara məhəl qoymayıblar. Şənbə günü daha çox həyatların itirildiyinə dair məlumatlar yayılıb.

İnsan hüquqları Hengav məlumat verib ki, təhlükəsizlik qüvvələri Saqqız şəhərində qızlar məktəbində şagidlərə atəş açıblar. Təşkilat bir digər açıqlamasında təhlükəsizlik qüvvələrinin Kürdüstan vilayətinin paytaxtı Sənəndəcdə Kürdüstan Tibbi Elmlər Universtitetinin tələbələrinə atəş açdıqlarını bildirib.

Hengav bildirib ki, bir neçə tələbə xəsarət alıb, onlardan biri başından vurulub.

Reuters bu məlumatı yoxlaya bilməyib.

Bilavasitə Ali Rəhbər Ayətullah Əli Xameneiyə tabe olan olduqca qorxulan İnqilab Keşikçiləri, keçən ay nümayişlər başlayandan bəri səfərbər edilməyib. Onlar müxalifləri əzmək təcrübəsinə malik elit qüvvədir.

İnsan hüquqları qrupları deyib ki, İran bpyu etirazlar nəticəsində ən azı 250 etirazçı öldürülüb, minlərlə insan həbs olunub. Cümə günü sosial mediada paylaşılan video görüntülərdə etirazçıların Xameneiyə və nümayişləri yatırmaqda böyük rol oynayan Basic yarı-hərbi qüvvələrə ölüm çağırışları etdikləri göstərilir.

Kəşfiyyat nazirliyi və İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat qolu Birləşmiş Ştatlar, Britaniya, İsrail və Səudiyyə Ərəbistanından casus agentliklərini İslam Respublikasında sabitliyi pozmaq üçün iğtişaşları təşkil etməkdə ittiham edib.

Bu həftə İslam Dövləti qrupunun məsuliyyəti üzərinə aldığı hücumlar zamanı öldürülən qurbanların dəfn mərasimində çıxış edən Salami etirazçılara birbaşa müraciətində də bu mesajı təkrarlayıb.

“Şərəfinizi Amerikaya satmayın və sizi müdafiə edən təhlükəsizlik qüvvələrinin üzünə sillə vurmayın,” o deyib.

Birləşmiş Ştatlar gələn həftə BMT-də diqqəti İrandakı etirazlara yönəldəcək və İranda insan haqlarının pozulması ilə bağlı etibarlı, müstəqil araşdırmaları təşviq etməyin yollarını axtaracaq.

BMT-nin sözçüsü Stefan Dujjarik cümə günü İran rəsmiləri “əhalinin, qadınların hüquqları daxil olmaqla haqlı şikayətlərini” həll etməyə çağırıb və deyib ki, təhlükəsizlik qüvvələri inc nümayişçilərə qarşı “bütün lazımsız və ya qeyri-mütənasib güc tətbiqindən” yayınmalıdır.