Fransada İranda hökumət əleyhinə nümayişlərə dəstək nümayiş etdirilib

Fransanın şərqində Strasburq şəhərində 12 minə qədər insan İranda hökumət əleyhinə nümayişlərə dəstək olaraq bazar ertəsi Avropa Ittifaqının Parlament binasına doğru yürüş edib. Həmin gecə Eyfel qülləsi üzərində İranda etiraz hərəkatının rəmzi olan "Qadın. Həyat. Azadlıq" şüarı işıqlandırılıb.

Eyfel qülləsində etirazçıların tələbini vurğulayan "İranda edamları dayandırın" mesajı da əks etdirilib.

Hər iki mesajda sentyabr ayında ölümü ölkəni sarsıtmış Məhsa Əminiyə ehtiram ifadə edilib. Gənc qadının ölümündən sonra İranda başlayan nümayişlərin ardınca həbslər və edamlar baş verib.

Əmini ölümündən sonra oktyabr ayında Paris şəhərinin fəxri vətəndaşı elan edilib. Paris meriyası bazar ertəsi Eyfel qülləsindəki şüarların Əmini və "(İran) rejiminin etirazçıları edam etməyə davam etdiyi vaxt öz azadlıqları uğrunda cəsarətlə mübarizə aparanlara ehtiram" əlaməti olduğunu bildirib.

Strasburq yürüşü Avropadakı iranlılar tərəfindən İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin xəstə olduğu və artan təzyiqlər altında ölkəni həmişəlik tərk etməsinin 44-cü ildönümü ərəfəsində təşkil edilib. Bundan sonrakı ay isə İrana teokratiya gətirən İslam İnqilabının təsiri altında monarxiya süquta uğradı. Bazar ertəsi keçirilən yürüş zamanı nümayişçilərdən bəziləri keçmiş şahın şəkillərini daşıyıb.

Yerli media polisə istinadən bildirib ki, aksiyada 12 minə yaxın insan iştirak edib.

İranlı etirazçıların mesajlarını xaricdə dəstəklənməsi və Tehranın bunu eşitməsini təmin etməsi tələbini əks etdirən şüarlardan birinin üzərində "sizin səssizliyiniz zorakılıqdır" yazılıb.

Fransanın Strasburq şəhərində İrandakı etirazlara dəstək yürüşü

Etirazçılar İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan edərək, Avropa İttifaqının İrana qarşı daha sərt mövqe tutmasını tələb edib.

Bu həftə Avropa İttifaqı Parlamentinin plenar iclasında İslam Respublikasındakı etirazlara və edamlara reaksiya müzakirə ediləcək. Etirazçılar və başqalarının İnqilab Keşikçilərinin Aİ-nin terrorçu təşkilatlar siyahısına salınması imkanı kimi gördükləri icburi qüvvəyə malik olmayan qətnamənin cümə axşamı günü səsə qoyulmalıdır.

Keçən həftə Avropa İttifaqının Xarici Əlaqələr üzrə ali komissarı Cozep Borrelə 100-dən çox nazir tərəfindən göndərilən məktubda İslam İnqilabı Keşikçiləri Korpusunun "bütünlükdə terror təşkilatı" adlandırılmasına çağırılıb. ABŞ İnqilab Keşikçiləri Korpusunu 2019-cu ildə xarici terror təşkilatı elan edib.

Niderlandın xarici işlər naziri Vopke Hekstra bazar ertəsi Haaqada almaniyalı həmkarı Annalena Berbakla görüşdən sonra deyib ki, onlar İranın ölkələrindəki səfirlərini çağıraraq, etirazçıların və İran və Britaniya vətəndaşı olan İranMüdafiə Nazirliyinin keçmiş rəsmisi Əli Rza Əkbərinin edamına etirazlarını bildirib.

Hekstra deyib ki, nazirlər "İranda ciddi insan haqları pozuntularına görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı Avropa İttifaqının sanksiyalarının davam etdirilməsi" istiqamətində addımları dəstəkləyir.