BMT-nin xüsusi məruzəçisi: İranda insan hüquqları sistematik şəkildə pozulur

Əhməd Şahid

BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid İranda insan hüquqlarının sistemli və sistematik şəkildə pozulduğunu bildirib. O, BMT-nin Baş Assambleyasının insan hüquqları məsələlərilə məşğul olan komitəsinə İranın yeni prezidentinin vəziyyətin düzəlməsinə gətirib çıxara biləcək islahatlara başlayacağına ümid bəslədiyini deyib.

Əhməd Şahid İranda insan hüquqlarının vəziyyətinə dair hesabatını hazırlamaq üçün keçən il ərzində 137 nəfərlə müsahibələr keçirib. O, gender bərabərisizliyindən tutmuş işgəncələr və ictimai edamlara qədər insan hüquqlarının pozulması hallarına aid məlumat toplayıb.

Əhməd Şahid İranın yeni prezidenti Həsən Ruhaninin təşəbbüsləri və onun ölkədə onlarla siyasi məhbusun azad edilməsinə dair sərəncamını müsbət qarşılasa da, İranda vətəndaş, siyasi, itisadi, sosial və mədəni hüquqların pozulması hallarının qarşısının alınması üçün çox işlərin görülməli olduğunu deyib. O, İran həbsxanalarında vəziyyətiə dair narahatlıqlarını ifadə edib. “Verilən ifadələrdə həbsxanalarda insanların sayının həddindən artıq çox olması, gigiyena-sanitariya imkanlarıın açağı səviyyəsi, eləcə də ərzaq, su və tibbi xidmət çatışmazlığı kimi problemlər göstərilir”-deyə o bildirib.

BMT-nin xüsusi məruzəçisi edam hallarının yüksək sayı ilə bağlı narahatlığını qeyd edib. İranda 2012-ci ilin yanvarından başlayaraq 18 ay müddətində 724 edam hökmünün icra edildiyini bildirib. Təkcə son üç ayda İran 135 edamın icra edildiyini elan edib. Əhməd Şahid İranı ölüm hökmünü ləğv etməyə çağırıb. “Mən ölüm hökmlərinə moratorium qoyulmasına bir sıra səbəblər üzündən çağırmışam. Birincisi, çox sayda ölümlərə görə. Mən nəzərə beynəlxalq qanuna görə edama icazə verilməsinə baxmayaraq, müəyyən qarantiyalar var, mən qorxuram, İranda bu qarantiyalara riayət edilmir. Bu, narahatlıq doğuran çox ciddi bir məsələdir”-deyə o bildirib.

BMT-nin xüsusi məruzəçisi bildirib ki, jurnalistlər və bloggerlər öz peşə vəzifələrini yerinə yetirərkən hüquqlarının pozulması halları ilə qarşılaşır. O, yanvar ayından 15 jurnalistin həbs edildiyini, iyul ayından etibarən 67 internet kafenin bağlandığını və təxminən beş milyon veb səhifənin fəaliyyətini ndayandırıldığını qeyd edib.

Əhməd Şahid həmçinin kişi qəyyumun övladlığa götürdüyü qızla evlənməsinə icazə verən yeni qanunun narahatlıq doğurduğunu və onun erkən və məcburi evlilik kimi məsələlər qaldırdığını deyib.

Xüsusi məruzəçi ifadə və toplaşma azadlıqları, həmçinin bəhailər, xristianlar, sünnilər də daxil olmaqla, dini azadlıqların ciddi şəkildə məhdudlaşdırıldığı halları ilə bağlı narahatlığını ifadə edib.

İranın iclasda iştirak edən nümayəndəsi onun hökumətinin məruzəçinin hesabatını qərəzli və siyasi motivlərə əsaslandığını hesab etdiyini, lakin Tehranın əməkdaşlıq etdiyini deyib. O, İran hökumətinə qarşı iddiaların ədalətsiz olduğunu və hesabatda balansın güdülmədiyini bildirib.

BMT-nin xüsusi nümayəndəsi Tehranı məsələsi müzirə etmək üçü onun ölkəyə səfər etməsinə icazə verməyə çağırıb. Sonuncu dəfə İran hökuməti xüsusi məruzəçinin ölkəyə səfər etməsinə 2005-ci ildə icazə vermişdi.

Xüsusi məruzəçilər insan hüquqlarının pozulması hallarını araşdırmaq üçün BMT-nin baş katibi tərəfindən təyin edilən müstəqil ekspertlərdir.

Əhməd Şahid hesabatda bir sıra tövsiyələrlə çıxış edib. O bildirib ki, İran hazırkı qanunlara əməl edib qanunun aliliyinə müntəzəm şəkildə riayət etsə, beynəlxalq ictimaiyyətin insan hüquqları sahəsində vəziyyətlə bağlı qaldırdığı bir sıra məsələlər həll edilə bilər.