İran gecə boyu bir neçə etirazlardan sonra Məhsa Əmininin atasını saxlayıb

İran rəsmiləri tam bir il öncə polisin nəzarətində ikən ölümü amansız repressiyalara baxmayaraq rejim əleyhinə etirazlara səbəb olan 22 yaşlı qadının atasını saxlayıblar.

Azadlıq Radiosunun fars xidməti Fardanın məlumatına görə, Mərhum Məhsa Əminin atası şənbə günü Saqqız şəhərində evinin önündə saxlanılaraq, dindirilmək üçün Daxili İşlər Nazirliyinə aparılıb.

Ona özü və ailəsinin evlərindən çıxmalarına icazə olmadığı bildirilib.

Onların evi ictimai narazılıq əlamətlərinin qarşısını almaq üçün küçəni bağlayan təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

İranlı kürd Əminin ölümünün ildönümündən öncəki gecə ali ruhani lideri qınayan və qadın hüquqları tələbi ilə keçirilən etirazlardan sonra İran boyu təhlükəsizlik tədbirləri gücləndirilib.

Paytaxt Tehran və şimal-şərqdə Məşəd, cənubda isə Şiraz kimi böyük şəhərlərdə nümayişçilər cümə günü təqiblərə meydan oxuyaraq, “Diktatora ölüm” və “Qadın, həyat, azadlıq” kimi şüarlar səsləndiriblər.

Əmini ötən il Tehranda İranın əxlaq polisi tərəfindən ölkənin məcburi hicab qaydalarını pozduğuna görə saxlanılandan sonra, şahidlərin dediyinə görə, polisin nəzarətində ikən döyüləndən sonra öldürülüb. Onun ölümünün ört-basdır edildiyinə dair əlamətlər ölkə boyu qəzəbə səbəb oldu ki, bu, son on ildə dindar rejimə ən böyük ictimai təhdid törədib.

İnsan hüquqları qrupları deyir ki, nəticədə baş verən təqiblər 500-dən çox insanın ölümü, daha da çox insanın həbsi ilə nəticələnib.

Polis və təhlükəsizlik qüvvələri son həftələrdə bir qrup insanı həbs edib və başqa güc tətbiq edbilər. Onlar Əminin ailəsi və başqalarına onun ölümününün ildönümünü qeyd etməkdən çəkinmək, əks təqdirdə isə ciddi nəticələrlə üzləşmək barədə xəbərdarlıq ediblər.

Bununla belə cümə gecə paytaxtın bir neçə məhəlləsi və ən azı beş şəhərdə etiraz əlamətləri olub.

İnsan hüquqları vebsaytı Hengav xəbər verir ki, İslam İnqilab Keşikçiləri Korpusunun silahlı qoşunları Əməninin ailəsinin Saqqız şəhərindəki evinin ətrafına yerləşdirilib.

Deyilənə görə, Əminin ailəsi onun məzarı başında “ənənəvi və dini mərasim”in olacağını elan edən mətn dərc edib, ancaq onlara bu çağırışlarını geri çəkmək üçün təzyiq göstərilib, təhdid olunub.

Əmini 2022-ci ilin sentyabrın 16-da əxlaq qanunları, o cümlədən qadınlar üçün sərt geyim kodunu tətbiq edən İrşad Patrulu tərəfindən saxlanılmasından sonra komaya düşərək xəstəxanada həyatını itirib.

Rəsmi bəyanatda onun əvvəlki bir xətəliklə əlaqəli olaraq ürək tutmasından öldüyü bildirilir, ancaq şahidlər onun döyüldüyünü gördüyünü, ailəsi isə bədənində zorakılıq izlərinin olduğunu deyir.