İran və dünyanın altı qüdrətli dövləti nüvə razılaşmasının əldə edilməsi istiqamətində irəlilədikcə Səudiyyə Ərəbistanı bunun regionda yarada biləcəyi geo-siyasi dəyişikliklərdən ehtiyat edir. Təhlilçilər İrana qarşı sanksiyaların aradan qaldırılmasının neft satışlarında rəqabətin artması və Səudiyyə Ərəbistanı krallığı üçün uzunmüddətli təsirləri ola biləcəyini bildirir.
Səudiyyə Ərəbistanı və İran dost ölkələr deyil. İran və dünyanın altı qüdrətli dövləti arasında nüvə razılaşmasının əldə edilməsinin mümkünlüy Səudiyyə Ərəbisanını narahat edir. Danışıqlara Səudiyyə Ərəbistanın uzun müddətdir müttəfiqi olan Birləşmiş Ştatlar başçılıq edir.
Körfəz Dövlətləri Analitik mərkəzinin təsisçisi Ciorcio Kafiero deyir ki, İranın nüvə proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların aradan qaldırlmasını nəzərdə tutan müqavilə imzalansa, Səudiyyə Ərəbistanı çox şey itirə bilər.
“Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlar və İran arasında münasibətlərin getdikcə yaxşılaşmasına krallığa böyük təhlükə kimi baxır.”-Təhlilçi Ciorcio Kafiero
“Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlar və İran arasında münasibətlərin getdikcə yaxşılaşmasına krallığa böyük təhlükə kimi baxır.”
Onun sözlərinə görə, ABŞ-Səudiyyə Ərəbistanı mütəfiqliyi müəyyən mənada İran təhlükəsinə əsaslanırdı. O deyir ki, Səudiyyə Ərəbistanı və ABŞ-ın İran təhlükəsi məsələsində mövqeyi dəyişsə, krallıq və onun Körfəz bölgəsində müttəfiqləri onların Qərbin təhlükəsizliyi üçün rolunun azalacağına inanır.
Lakin Ciorcio Kafieronun fikrincə, Səudiyyə Ərənistanını narahat edən təkcə geo-siyasi mövqeyin dəyişməsi məsələsi deyil. İrana qarşı beynəlxalq sanksiyalar qaldırılsa, İran neft ixracatı sahəsində əsas rəqib ölkəyə çevrilə bilər. “Onlar aksiya bazarlarını qorumaq və digər neft ixracatçılarını bazardan çıxarmağa çalışır. Lakin bununla belə, Səudiyyə Ərəbistanının özü də aşağı neft qiymətlərinin mənfi təsirinə məruz qalıb və krallığın xəzinəsi sürətlə azalır.”
Təhlilçinin sözlərinə əsasən, Səudiyyə Ərəbistanının maliyyə problemləri qonşu Yəməndə olduqca baha başa gələn müharibə ilə də bağlıdır.
"Səudiyyə Ərəbistanının özü də aşağı neft qiymətlərinin mənfi təsirinə məruz qalıb və krallığın xəzinəsi sürətlə azalır.”-Təhlilçi Ciorcio Kafiero
İran rəsmiləri bildirirb ki, onlar sanksiyaların aradan qaldırıldığı təqdirdə neft ixracatını iki dəfə artırmaq istəyir. Bu, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı üçün problem yaratmaqla yanaşı, eyni zamanda, qiymətlərin mümkün düşməsinə səbəb ola bilər.
Müzakirələrin keçirildiyi Vyanada olan müxbir Kameliya Entexabifərd deyir ki, razılığın əldə olunmaması da Səudiyyə Ərəbistanına mənfi təsir göstərə bilər, çünki bu, İranın regionda daha sərt mövqe tutmasına gətirib çıxara bilər.
“Əgər razılıq əldə edilməsə, mənim ölkəm olan İran masa arxasında diplomatik müzakirələr aparmaq üçün dost ölkə olmaya bilər. İranın özündə bu danışıqları dəstəkləməyən və onlara qarşı çıxan çox sayda müxalif insan var.”
Jurnalist deyir ki, nüvə danışıqları baş tutmasa, bu, İranda regional münaqişələrin həllində daha aqressiv mövqe tutan opponentləri gücləndirə bilər. İran Suriya və İraqda müharibələrə cəlb olunub. Yəməndə Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar aparan Huti üsyançılarını da İranın maliyyələşdirdiyinə inanılır.
Səudiyyə Ərəsbitanı və nüvə danışıqlarını tənqid edən başqa ölkələr bildirir ki, hər hansı bir razılaşma İranın bu münaqişələri daha çox maliyyələşdirməsi demək olacaq.