İran bəşəriyyətə qarşı cinayətdə ittiham edilir

Your browser doesn’t support HTML5

Amnesty International-ın yeni açıqladığı hesabatında İran bəşəriyyətə qarşı cinayətdə - 30 il əvvəl minlərlə siyasi məhbusu edam etdiyini gizli saxlamaqda ittiham edilir. Təşkilat BMT-dən 1988-ci ildə İranda müxalifət qrupları tərəfdarlarını hədəf alan qətl hallarına və itkin düşmələrə dair araşdırmalara başlamasını istəyib.

Abdulla Seyid Muradinin qardaşı Cabbar 1988-ci ildə həbsxanada yoxa çıxıb. Onun harada olduğu hələ də məlum deyil. Onun valideynləri illərdir bu suala cavab axtarıb. “Bunlar onun anası və atasıdır. Onlara təsəlli vermək üçün “hə” deyərdim. Mən onun hələ də sağ olduğuna ümid edirəm.” - deyə, Abdulla Seyid Muradi bildirir.

Amnesty-nin dediyinə görə, Cabbar 1988-ci ildə edam edilən və ya yoxa çıxan əsasən gənclər olmaqla 5 min gənc fəaldan biridir.

Hesabatda bu rəqəmin daha yüksək olduğu güman edilir. Belə ki, Tehran qətllər, cəsədlərin yeri və itkin düşənlərlə bağlı ittihaları rədd edib. Amnesty International-ın baş katibi Kumi Naidoo: “İran həmin insanların harada olduğu barədə məlumat verməyənə qədər bu cinayət işi hələ də qüvvədədır.”

Yüzlərlə sorğu-sual və sənədlərə əsasən Amnesty bilririr ki, dini lider Ruhulla Xomeyninin hakimiyyəti dövündə verilən “fətva” minlərlə siyasi fəalın həbsinə və edamına səbəb olub.

Onların çoxu baş qərargahı İraqda yerləşən, müxalif “Xalqın Mücahədləri ” təşkilatını dəstəkləyənlər olub. Təşkilat 1988-ci ildə qrupun İrana qarşı silahlı hücum təşkil etdiyini, bundan bir neçə həftə sonra isə İran rejimi müxalifətçilərə qarşı kütləvi edamlar həyata keçirməyə başladığını deyir.

Amnesty onların ikisinin ‘ölüm komissiyaları’ ilə özləşməyə vadar edildiyini deyir. “O zaman kütləvi edamlarda və və insanların yoxa çıxmasında əli olanlar bu gün nainki hakimiyyətdə, hətta ədliyyə sistemində yüksək vəzifələrdədir. Onlar ədalətin bərqərar olmasına mane olur.” - deyə, Kumi Naidoo bildirir.

İki il əvvəl İran rəsmilənin kütləvi edamların detallarını müzakirə etdikləri audio yazı sızmışdı. Tehran ölkəni xilas edən casusları qəhrəman adlandırıb.

Amnesty deyir ki, İran hökuməti kütləvi məzarların, öldürülənlərin və ya itkin düşmüşlərin yerlərinin aşkar edilməsindən imtina edir və yanlış məlumatlandırma siyasətini davam etdirir. Fatimə İslami: “Mən evladlarıma heç vaxt yas saxlamadım. Mən onların yanına getmək, onlarla olmaq istəyirəm.”

Amnesty edamlar və itkin düşmələrin insanlığa qarşı cinayət olduğunu deyir. O, İranı və Birləşmiş Millətlər Təşkilatını ədalət naminə istintaqa başlamağa çağırır.