İran qanunvericiləri bloggerin ölümülə ilə bağlı daha geniş təhqiqata çağırır

Iran / Blogger

İran parlamentinin üzvləri keçən il internet polisi tərəfindən saxlanılan dissident bloggerin ölümülə ilə bağlı xüsusi təhqiqatın aparılmasına çağırıb.

Bazar günü açıqladığı hesabatda İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsi bildirib ki, Səttar Beheştinin kiber polisinin müstəntiqləri tərəfindən aldığı yaralar və şok nəticəsində öldüyünə dair işarələr olduğu üçün yeni təhqiqat aparılmalıdır.

Kiber polisinin üzvləri 35 yaşlı bloggeri hökumətin təndiqi ilə bağlı məqalələr yerləşdirdiyinə görə oktyarın 30-da həbs etmişdi. Bir neçə gündən sonra o, həbsxanada ölmüşdü. Müxalifət fəalları Beheştinin işgəncə məruz qaldığına dair şikayət etdiyini bildirir.

İran hökuməti bloggerin ölümülə bağlı artıq istintiqa başlayıb. Parlament komitəsinin daha geniş təhqiqat aparılmasına dair çağırışı İran qanunvericiləri arasında internetdə fərqli fikirlərin ifadə edilməsinə nəzarət edən hökumətin dəstəklədiyi kiber polisi tərəfindən yol verildiyinə inanılan hüquq pozuntuları ilə bağlı artan narahatlığı əks etdirir.

Bloggerin ölümü BMT-nin ekspertləri və Qərb ölkələri tərəfindən hiddətlə qarşılanıb.

İran qanunvericilərinin hesabatında kiber polisi Beheştinin işi bağlı qeyri-qanuni və islam qanunlarına zidd bir şəkildə hərəkət etməkdə ittiham olunur. Qannvericiləri belə halların gələcəkdə baş verməməsi üçün saxlanma mərkəzlərində gizli kameraların yerləşdirilməsi təklifi ilə çıxış edib.

İran hökuməti Behiştinin ölümündən bir neçə həftə sonra kiber polisinin rəisinin personala rəhbərlik edə bilmədiyini bildirərək işdən çıxarıb. İşlə bağlı kiber polisin üç zabiti saxlanılıb.