İran Ali Məhkəməsi milyarder barəsində edam hökmünü qüvvədə saxladı

İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində edam hökmünü təsdiq edib. Reuters xəbər agentliyinin verdiyi məlumata görə, bunu məhkəmənin nümayəndəsi Qulamrza Ənsari deyib.

Daha əvvəl ISNA agentliyi milyarder barəsində edam qərarının ləğv olunması barədə məlumat vermişdi. Lakin B.Zəncaninin vəkili yekun qərarın bu gün məlum olacağını demişdi.

İranın Ali Məhkəməsi biznesmen Babək Zəncani və onun iki köməkçisi keçmiş prezident Mahmud Əhmədinejadın dövründə neft satışı ilə bağlı korrupsiyada, habelə çirkli pulların yuyulmasında təqsirli bilib.

Qeyd edək ki, biznesmen Zəncani neft sazişləri vasitəsilə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub.

O, 2013-cü ildə həbs olunub.

İranın Ali Məhkəməsi biznesmen Babək Zəncani və onun iki köməkçisi keçmiş prezident Mahmud Əhmədinejadın dövründə neft satışı ilə bağlı korrupsiyada, habelə çirkli pulların yuyulmasında təqsirli bilib.

Zanjani "Sorinet" özəl şirkətinin sahibidir.

İranlı prokurorlar iddia edirdilər ki, Zəncani öz şirkətləri vasitəsilə ötürülən milyardlarla dollar neft gəlirini mənimsəyib.