Bir mənbənin məlumatına görə, islamçıların idarə etdiyi İran uzun müddətdir bəhayi dini azlığının hüquqlarını ciddi şəkildə məhdudlaşdırma siyasətinin son nümunəsi olaraq bəhayi vətəndaşlarından səkkizini həbs və digər cəzalara məhkum edib.
İranın bu siyasəti beynəlxalq səviyyədə tənqid olunur.
Mənbənin Amerikanın Səsinə bildirdiyinə görə, 6 kişi və 2 qadın Bəndər Abbas liman şəhərinin İnqilab Məhkəməsinin hökmü ilə həbsə məhkum edlib.
Omid Afaqi, Mehrallah Əfşar, Nasim Qanavatian, Mehnaz Cannesar, Araş Rasexi və Maral Rasti iki illik həbs cəzasına məhkum edilib. Mənbə əlavə edib ki, Fərhad Ameri və Adib Haqhpacooh adlı digər iki Bəhaiyə bir il müddətinə həbss cəzası verilib.
Mənbə bildirib ki, səkkiz iranlı bəhayinin vəkilləri gələcək həftələrdə apellyasiya şikayətlərinin gözlədiyi bu şəxslər müvəqqəti azadlıqdadır.
Mənbə keçən həftə hökm oxunmazdan əvvəl 8 bəhayiyə qarşı irəli sürülün ittihamların daha ciddi ittihamlara dəyişdirdiyini müəyyən edildiyini deyib.
Bunlara heç bir dəlil göstərilmədən dövlət əleyhinə təbliğat məqsədi ilə bir araya gəlmək və milli təhlükəsizliyə qarşı cinayət ittihamları daxildir.
Mənbə onlara qarşı daha 3 cəza tətbiq edildiyini bildirib. Bunlara siyasi və ictimai təşkilatlara üzvlüyə, bəhayi ziyafətlərinin təşkilinə 2 illik qadağa və islam dini haqda 5 məsləhət kursları daxildir.
Amerikanın Səsi İranda reportajlar hazırlanmasına icazə verlilmədiyi üçün məhkəmə hökmlərini təsdiqləyə bilməyib.
İran mətbuatında da bu haqda heç bir məlumat verilməyib.
İranın dini idarəçiləri bəhayi dinini 1979-cu il inqilabından sonrakı konstitusiyakı dini azlıqlar siyahısından çıxarıb. O vaxtdan bəri 300 mindən çox bəhayi dinsiz hesab edilir.
İranda dini əqidələrini görə bəyahilər hər zaman hədəf nöqtəsidir. Onların çoxu bəhayi dininin təbliği ittihamı ilə həbs edilir.
ABŞ dövlət katibinin müavini Keyl Braun keçən ay İranın bəhayilərə qarşı münasibətini tənqid etmişdi. O, noyabrın 22-də 50-yə yaxın bəhayi ailəsinin evlərinə basqın edildiyini vurğulamışdı.
“İran rejimi dini əqidələrinə görə onlarla bəhayini həbs edib, onların təsisatları və məktəblərini dağıtmağa can atıb” - deyə, Braun Twitter hesabında yazıb.
O, bəhayilərin dərhal azad edilməsinə və onların din azadlığının təmin edilməsinə cağırıb.
АBŞ qanunvericiləri də bu tənqidlərə qoşulub.
Nümayəndələr Palatasının qətnaməsində İran bəhayi dini azlığının təqib sponsoru adlandırılıb və davamlı şəkildə insan hüquqlarına riayət etməməkdə günahlandırılıb.
BMT-nin Baş Assambleyası da dekabrın 16-da qətnamə qəbul edib. Sənəddə bəhayi azlığı da daxil edilməklə, İranda tanınan və ya tanınmayan dini azlıqlara qarşı qəddar məhdudiyyətlər tətbiq edildiyi bildirilib.