Fevral ayının 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur. Bu bayramı daha çox yaşadıqları ölkədə dil məhdudiyyətləri ilə üzləşən xalqlar qeyd edir. İranda yaşayan azərbaycanlılar üçün də bu bayram xüsusi çəkiyə malikdir.
Bu arada azərbaycanlıların yaşadığı Xoy vilayətində maraqlı hadisə baş verib. "Amuziş" (Azərbaycanca öyrətmək deməkdir) telekanalında fars dilində yayımlanan "Çəkamə" adlı şeir oxuma müsabiqəsində xoylu bir xanım İran Azərbaycanlılarının məhşur şairi Məhəmməd Tağı Zehtabinin "Sən osan, mən də buyam" şeirini oxuyub. Müsabiqə iştirakçısı xoylu azərbaycanlıların rəğbətini qazanıb. Telekanalın şeiri efirə verməsi də yerli əhalinin diqqətini cəlb edib, çünki ictimai fəallar deyir ki, adətən İranda Azərbaycan dilində mətbuata, təhsilə və s. fəaliyyətlərə icazə verilmir.
Qeyd edək ki, şeirin sonunda daha kəskin fikirlər səsləndiyi üçün xoylu xanım şeiri efirdə sonadək səsləndirilməyib. "Sən osan, mən də buyam" şeirinin müəllifi Məhəmməd Tağı Zehtabi bu şeiri 1946-cı ildə yazıb. Şeiri olduğu kimi sizə təqdim edirik:
Sən osan, mən də buyam
Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,
Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi,
Əzəlində mənə duzdanə, nəməkdan demədi.
Anam əхtər deməyibdir mənə, ulduz deyib o,
Su donanda deməyibdir yəхdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o,
Mənə heç vaхt biya söyləməyib, gəl deyib o.
Yaхşı хatırlayıram, yaz günü aхşam çağılar,
Bağçanın günçıхanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala,
Gəlməsən gər bacıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to,
Gən nəayi be zənəm şane səri хahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məхsus olan başqa elim vardı mənim,
Elimə məхsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək aхmayasan,
Saniyən, varlığıma, хalqıma хor baхmayasan.
Yoхsa gər zor deyəsən, millətimi хar edəsən,
Gün gələr səhifə çönər, məcbur olarsan gedəsən.