Xəbər agentlikləri İranın ali ruhani rəhbəri Seyyid Əli Xameneyinin müşaviri, keçmiş xarici işlər naziri və qarşıdan gələn prezident seçkilərinin namizədi Əli Əkbər Vilayətinin yazdığı “Azərbaycan” adlı kitabın yayıldığını bildirib.
Yarı-rəsmi Fars xəbər agentliyinin məlumatına görə, Azərbaycanda İslamdan öncəki dövrün tarixini əhatə edən 176 səhifəlik kitabda “Azərbaycanın adı”, “Azərbaycan şəhərləri və bölgələrinin tarixi”, “Azəri Dili”, “Azərilərin dini” və “Qədim Azərbaycanın iqtisadiyyatı” başlıqları altında bölmələr yer alır.
Azərbaycan veb səhifələri Əmirkəbir Nəşriyyatı tərəfindən nəşr edilən bu kitabın ana xəttinin pan-İranist təbliğatları, yəni bugünkü Azərbaycan əhalisinin Türk deyil, bəlkə türkdilli olması və qədim İran dillərindən olan Azəri dilinin Türk tayfalarının hücumu nəticəsində aradan getməsi istiqamətində olduğunu qeyd ediblər.
Xəbər agentliklərinin yazdığına görə, cənab Vilayəti bu və digər kitablarını İran Yurdunun coğrafiya, tarix və mədəni xüsusiyyətlərini tanıtdırmaq hədəfi ilə yazdığını vurğulayıb. Keçmiş xarici işlər naziri İran Yurdunu belə izah edir: “Burada İran deyəndə, İranın mədəniyyət və tarixi həyatında bu ölkənin parçaları olan bütün ərazi qəsd edilir, yəni həm bu gün İranın siyasi coğrafiyasında yerləşən torpaqlar, həm də tarixin enişli-yoxuşlu dövrlərində İrandan ayrılan ərazi.”
Azərbaycan fəalları arasında İranın anti-türk siyasətçilərindən biri kimi tanınan Əli Əkbər Vilayəti 1981-ci ildən 1997-ci ilədək İranın xarici işlər naziri olub. İndi isə o, İran rəhbərinin beynəlxalq məsələlər üzərə xüsusi müşaviridir. O, qarşıdan gələn prezident seçkilərində əsas namizədlərdən biridir.