Güney Azərbaycanın vilayətləri və şəhərlərindən İrandan Avropa ölkələrinə qaçaq yol kimi istifadə edilir
Güney Azərbaycanın Qərbi Azərbaycan viyalətinin polis rəisi 60 qaçaq saxlandığını bildirib.
İranın Fars xəbər agentliyinin məlumatına əsasən, 60 qaçaq keçən səkkiz ay ərzində saxlanıb ədliyyə orqanlarına təhvil veriliblər.
Polis rəisi Məhəmməd Əhmədi bu müddət ərzində İrandan digər ölkələrə keçmək istəyən 2014 xarici vətəndaşın da saxlandığını əlavə edib.
Xarici ölkə vətəndaşları olan qaçaqlar əsas etibarilə Pakistan və Əfqanistandandır.
Məhəmməd Əhmədi 60 qaçaq və 2014 xaricinin saxlanmasını qeyd etsə də, İrandan qaçan iranlıların nəçəsinin saxlandığı haqda bir söz deməyib. Qərbi Azərbaycan vilayətindən Türkiyəyə qaçan insanların çoxu ayrı-seçkilik problemlərinə görə ölkəni tərk etməyə çalışan İran vətəndaşlarıdır.
Güney Azərbaycanın vilayətləri və şəhərlərindən İrandan Avropa ölkələrinə qaçaq yol kimi istifadə edilir. Qərbi Azərbaycan vilayəti əhalisinin bir hissəsi qaçaqçılıqla məşğuldur.
Polis idarəsinin açıqlamasına əsasən, Qərbi Azərbaycan vilayətində sərhəddə yaşayan 265 adama sərhəddi geçmək haqqı verilib.
Bununla belə, İrana və İrandan nə qədər adamın qaçaq olduğu və qaçaq mal keçirildiyi məlum deyil. Polis keçən illə müqayisədə bu il qaçaq yolla gətirilmiş 25 faiz daha artıq silah aşkar edildiyini bildirib.
İran Azərbaycanı sərhədlərinin daha möhkəm qorunması məqsədilə Qərbi Azərbaycanda yeni doqquz yoxlama məntəqəsi tikilir. Ərdəbil vilayətinin sərhədinin bir hissəsində də divar hörməyə başlayıblar.