Təbrizdə 12 restoran qapadıldı

  • Insafəli Hidayət
Şərqi Azərbaycan Polisinin Umumi Məkanlara Nəzarət Şöbəsinin bildirdiyinə görə, Təbrizdə qadınların da tez-tez getdiyi 12 restoran İslam qanunlarına zidd fəaliyyət göstərdiyinə görə bağlanıb.

İranın İnsan Haqları Fəallarının Xəbər agentliyinin məlumatına əsasən 62 adam nəzarət altına alınıb.

Polis rəisi Əlirza Hünərdusta istinadən bildirilir ki, restoranda qadınlar başlarını İslam qanunlarına müvafiq qaydada örtməyib. Polis tərəfindən 75 restoranda yoxlanış aparılıb. Yoxlanışın nəticəsi olaraq restoranların 19-da qadınların qəlyanla təmin edildiyi aşkar edilib.

Şəriət qanunlarına istinad edərək yalnız “qara çadra” və ya “çarşabı” kamil hicab adlandıran İran polisi qısa, dar paltar geyinən yaxud əl və ayaqları görünən qadınları məsuliyyətə cəlb edir.