İslam respublikasının yerli mediasının çərşənbə axşamı yaydığı məlumata görə, İran hakimiyyəti Bəhai inancına mənsub bir neçə dindarı Tehranın qatı düşməni olan İsrailə casusluqda ittiham edərək, həbs edib.
İranın ən böyük qeyri-müsəlman dini azlığı olan bəhailər dövlət tərəfindən tanınmır və onların ən mühüm ziyarətgahlarının və baş qərargahının yerləşdiyi İsraillə iddia edilən əlaqələrə görə tez-tez təqiblərə məruz qalırlar.
Fars xəbər agentliyinin kəşfiyyat xidmətlərinin bəyanatına istinadən bildirdiyinə görə, "Bəhai casus qrupunun özəyini təşkil edən bir neçə üzv İranın şimalındakı Gilan vilayətində həbs edilib".
Fars agentliyi bəhailərin İsrailin Hayfa şəhərindəki Ümumdünya Ədalət Evinə istinad edərək, qrupun "işğal edilmiş Fələstin ərazilərində yerləşən Beyt Əl-Ədl kimi tanınan sionist mərkəzi ilə" əlaqəsi olduğunu bildirib.
Məlumabatda neçə nəfərin həbs olunduğu açıqlanmayıb.
Fars agentliyinin məlumatına görə, kəşfiyyat xidmətləri həmçinin qrupu əsasən də uşaqlar arasında olmaqla, "Bəhai təlimlərini təbliğ etməkdə" ittiham edib.
Şiə İslamın dövlət dini olduğu İranda xristianlıq, yəhudilik və zərdüştilik də daxil olmaqla, bəzi azlıqların inancları tanınır. Bəhailərə isə İslam Respublikasında "bidətçi" damğası vurulub.
Avqust ayında rəsmilər Bəhai inancına mənsub bir bir qrup və növbəti ay isə daha Bəhai icmasının daha 12 üzvünü İsraillə iddia edilən əlaqələrə görə həbs edib.
Bəhailər 1817-ci ildə müasir İranda anadan olan Bəhaullahı Allah tərəfindən göndərilən sonuncu peyğəmbər və onların monoteist dininin banisi hesab edir.
Bəhai icmasının iddia etdiyinə görə, 300 mini İranda olmaqla, dünya üzrə 7 milyondan çox davamçısı var.