İran İŞİD militantı olmaqda şübhəli bilinən 3 nəfəri həbs edib

Dövlət mediası şənbə günü bildirib ki, İran polisi müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının sonunda hücumlar planlaşdıran İslam Dövləti qrupunun üzvü olmaqda şübhəli bilinən üç nəfəri həbs edib.

Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, şimal-qərb Əlburz vilayətinin Kərəc şəhərində həbs edilənlər arasında qrupunun “yüksək səviyyəli üzvü” olduğu bildirilən Məhəmməd Zakir var.

“Əlburz vilayətində polis Ramazan ayının sonunda intihar hücumu planlaşdıran İslam Dövləti qrupunun üç üzvünü həbs edib,” İRNA bildirib.

Həbslərin nə vaxt baş verdiyi və ya onların xarici vətəndaşlar olub-olmaması barədə məlumat verilmir.

İRNA həmçinin səkkiz “ortaq” barədə məlumat versə də, təfərrüatları paylaşmayıb.

Yerli mətbuat çərşənbə axşamı Qum şəhərində İŞİD üzvü olmaqda şübhəli bilinən iki nəfərin həbsi barədə məlumat yayıb.

Yanvar ayında İŞİD İranın cənubunda Kirman şəhərində 90-dan çox insanın ölümü ilə nəticələnən iki bomba hücumunun məsuliyyətini üzərinə götürüb.

Hücumlar 2020-ci ildə İraqda ABŞ-ın dron hücumu nəticəsində öldürülən İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar tədbirdə baş verib.

İran illərdir cihadçı və digər militant qruplara qarşı mübarizə aparır.

İRNA şənbə günü bildirib ki, cihadçıların Pakistanla sərhəd yaxınlığında həyata keçirdikləri son hücumlar nəticəsində ölən “şəhidlər”in sayı 16-a çatıb və onların hamısı təhlükəsizlik qüvvələrinin üzvləridir.

IRNA bildirib ki, öldürülənlər arasında hüquq-mühafizə orqanlarının, İnqilab Keşikçiləri Korpusunun və yarı-hərbi Bəsic qüvvələrinin üzvləri var.

Dövlət mediası daha öncə toqquşma zamanı Caiş əl-Ədl cihadçı qrupunun 18 üzvü və 10 təhlükəsilik işçisinin öldürüldüyünü bildirib.

Caiş əl-Ədl sünni üsyançı qrupu 2012-ci ildə yaranıb və İran və ABŞ tərəfindən “terrorçu” təşkilat olaraq tanınır.