Ölümü İranda aylarla etirazlara səbəb olan Məhsa Əmininin ailəsi İran rəhbərliyinin insanlığa qarşı cinayətlərə görə cavab verməli və onların işinə beynəlxalq məhkəmədə baxılmalı olduğunu deyib.
Əminin əmisi oğlu Erfaz Mortezayi Britaniyanın bazar günü yayımlanan İTV News agentliyinə verdiyi müsahibəsində Əmininin valideynlərinin hədələndiyini, media ilə danışsalar həbs olunacaqları barədə xəbərdarlıq edildiyini deyib.
Avropaya qaçan Mortezayi həbs olunaraq İrana aparılacağı ilə bağlı hədələr aldığını bildirib.
22 yaşlı Əmini sentyabr ayında ölkənin əxlaq polisi tərəfindən geyim qaydalarını pozduğu iddiası ilə Tehranda həbs edildikdən sonra vəfat edib.
İranda repressiyaları izləyən insan haqları fəalları qrupunun bildirdiyinə görə, etirazlar zamanı 20 minə yaxın insan həbs edilib. Qrup hakimiyyətin nümayişləri zorakılıqla yatırması nəticəsində 500-dən çox insanın öldüyünü bildirib.