Avropa İttifaqı həbsdə olan gənc qadının ölümü və ardınca ümummilli etirazların amansızlıqla yatırılmasına görə, İranın informasiya naziri, ölkənin əxlaq polisi və digər yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.
Blok oktyabrın 17-də rəsmi inzibati səhifəsində 11 nəfərin və 4 qurumun adı daxil olmaqla, sanksiyalara məruz qalanların siyahısını dərc edib.
Siyahıya əxlaq polisi adlanan yüksək vəzifəli məmurlar, İslam İnqilabı Keşikçiləri Korpunun hərbiləşdirilmiş "Bəsic" qüvvələri və milli polisin uniformalı bölməsi daxildir.
Tehran oktyabrın 17-də sanksiyalara "dərhal" cavab verəcəyini vəd edib.
Məhsa Əmini baş örtüyünü düzgün taxmadığı iddiası ilə sentyabrın 16-da Tehranda əxlaq polisi tərəfindən nəzarətə alındıqdan üç gün sonra vəfat edib. Şahidlər onun təhlükəsizlik işçiləri tərəfindən döyüldüyünü gördüklərini deyib
Lakin hökumətin rəsmi hesabatında Əmininin ölümünə səbəb başına və ya başqa yerlərinə vurulan zərbələr deyil, xəstəliklə əlaqəli olduğu bildirilib. Ailəsi isə 22 yaşlı gəncin nəzarətə götürülərkən sağlamlığının yaxşı olduğunu iddia edib.
Onun ölümündən sonra hökumətin təhlükəsizlik qüvvələrinin hər hansı iğtişaşa qarşı sərt davranacağına dair xəbərdarlıqlarına baxmayaraq, iranlılar hökumətin onlara qoyduğu məhdudiyyətlərə etiraz etmək üçün bütün ölkə boyu küçələrə çıxıb.
Sentyabrın 25-də Avropa İttifaqı Əmininin ölümündə əli olanlar "məsuliyyət daşımalıdır" - deyə, bəyanat yayıb.
Avropa İttifaqı həmçinin İran rəsmilərini İnternetə çıxışı "ciddi" şəkildə məhdudlaşdırdığına görə ifadə azadlığını pozmaqda ittiham edib və bildirib ki, o, "Məhsa Əmininin öldürülməsi və İran təhlükəsizlik qüvvələrinin nümayişlərə reaksiyası ilə bağlı ixtiyarında olan bütün variantları nəzərdən keçirəcək".
Osloda yerləşən İran İnsan Haqları Qrupu oktyabrın 17-də bildirib ki, repressiyalar zamanı 27-si uşaq olmaqla, azı 215 nəfər həlak olub.
İran hökuməti heç bir sübut təqdim etmədən etirazların arxasında Qərbin dayandığını deyir.
ABŞ, Britaniya və Kanada insan haqlarının pozulmasına görə artıq İrana qarşı sanksiyalar elan edib.
The European Union has put sanctions on Iran's information minister, the country's "morality police," and other senior officials over the death of a young woman while in custody and the brutal crackdown on nationwide protests that have followed.
The bloc published the list of those it hit with sanctions -- including 11 persons and four entities -- in its official administrative gazette on October 17.
The list includes senior officials from the so-called morality police, the Islamic Revolutionary Guards Corp's Basij paramilitary force, and a uniformed branch of the national police.
Tehran on October 17 vowed an "immediate" response to the sanctions.
Mahsa Amini died on September 16 in Tehran, three days after she was seen being taken into custody by the morality police for allegedly wearing a hijab, or headscarf, improperly. Eyewitnesses say they could see her being beaten by security agents.
But an official coroner's report said Amini's death was not caused by blows to the head or limbs but was instead linked to disease, disputing family objections that the 22-year-old was in good health when taken into custody.
Since her death, Iranians have taken to the streets across the country to protest the government's restrictions on their lives despite warnings from the authorities that security agents would come down hard on any unrest.
On September 25, the EU issued a declaration saying that those responsible for the killing of Amini "must be held accountable."
It also chided Iranian officials for violating freedom of expression for "severely" restricting Internet access and said the EU "will consider all the options at its disposal to address the killing of Mahsa Amini and the way Iranian security forces have responded to the ensuing demonstrations."
The Oslo-based Iran Human Rights group said on October 17 that at least 215 people, including 27 children, had been killed in the crackdown.
The United States, Britain, and Canada have already announced sanctions against Iran over rights violations.