ABŞ Prezidenti Barak Obama İran ilə nüvə proqramı haqda danışıqların bazar günü başa çatmasından sonra davam etdiriləcəyinin məlum olmadığını deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqların davam etməsinin vacibliyini vurğulayıb. O, ABŞ dövlət katibi Con Kerrinin onunla eyni fikirdə olduğundan əmin olduğunu deyib.
Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ-dan olan diplomatlar İran ilə uzunmüddətli razılıq istiqamətində danışıqlar aparır.
Birləşmiş Ştatlar İranın nüvə silahı istehsal etməyə çalışdığından şüphələnir. İran isə nüvə proqramının dinc məqsəd daşıdığında təkid edir.