Tehran rəsmiləri Amerika əleyhinə plakatları küçələrdən yığışdırıb


İranın rəsmi İRNA agentliyinin verdiyi məlumata görə, Tehran rəsmiləri ultra mühafizəkarların bir neçə gün bundan əvvəl İran rəhbərliyi ilə danışıqlar aparan ABŞ vasitəçilərini gözdən salmaq üçün yerləşdirdiyi plakatları küçələrdən yığışdırıb.

İRNA Tehran şəhər bələdiyyəsinin sözçüsü Hadi Ayaziyə istinadən şəhərin əsas magistral yolları üzərində yerləşdirilmiş plakatların götürüldüyü haqda məlumat verib. Hadi Ayazi İranda fəaliyyət göstərən bir mədəniyyət institutunun plakatları icazəsiz yerləşdirdiyini deyib.

İran mediasının verdiyi məlumata əsasən, plakatlarda Amerika əleyhinə müxtəlif təsvirlərlə yanaşı, fars dilində “Amerikanın dürüstlüyü” ifadəsi də yazılıb.

İranın yeni prezidenti Həsən Ruhani avqust ayında vəzifəsinin icarasına başlayandan sonra Qərbin mübahisəli nüvə proqramı ilə əlaqədar Tehrana qarşı tətbiq etdiyi sanksiyaların yüngülləşdirilməsinə ümid edərək, Birləşmiş Ştatlarla münasibətlərin düzəlməsinə işarə edən addımlar atmışdır. Onun bu addımları İranda Birləşmiş Ştatlara düşmən kimi baxan və İranın nüvə fəaliyyətlərilə bağlı güzəşt edilməsinin əleyihə olan ultra-mühafizəkarlar tərəfindən mənfi qarşılanmışdır.