İranın ali lideri: Nüvə silahı istehsal etmirik, amma...

İranının ali lideri deyir ki, ölkəsi nüvə silahları istehsal etməyə çalışmış, ancaq bunu istəsə heç kəs İranın qarşısını ala bilməz.

İranla bağlı bütün məsələlərdə ən son sözə malik Ayətulla Əli Xameneyinin sözlərinə görə, İran nüvə silahlarının ləğv edilməsini dəstəkləyir.

Xameneyi bu açıqlamanı öz veb səhifəsində verib. "İran nüvə silahlarının aradan qaldırılmasına inanır. Biz atom silahlarının mövcud olmasını istəmirik"-deyə İran lideri bildirib.

İran rəsmiləri deyib ki, Xameneyinin nüvə silahına qadağa qoyan dini fərmanı İslam Respublikasında hələ də qüvvədədir.

Qərb İranın atom enerjisi proqramı altında nüvə silahı istehsal etməyə çalışdığını deyir. İran bu iddianı qəti şəkildə rədd edir və bildirir ki, ölkənin nüvə proqramı dinc mahiyyət daşıyır.