İranın Əlborz vilayətində nümayişlərdə iştirak etdiklərinə görə 201 nəfərə qarşı ittiham irəli sürülüb

İranın məhkəmə sistemi ölkənin mərkəzi Əlborz vilayətində hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə 201 nəfərə qarşı ittiham irəli sürüldüyünü bildirib.

Vilayətin baş hakimi Hüseyin Fazeli Harikandi oktyabrın 24-də bildirib ki, ittiham olunanlar əsasən insanları sosial mediada etiraz aksiyalarına çağırdıqları üçün “əsas və fəal agentlər”dir.

O, həbs edilənlərin sayı barədə dəqiq rəqəm açıqlamayıb, lakin ümumilikdə onlardan təxminən üçdə ikisinin artıq zaminə buraxıldığını bildirib ki, bu da 600-dən çox adamın həbs olunduğunu göstərir.

Son narazılıq dalğası sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtməməsi iddiası ilə polis şöbəsində saxlanarkən ölümündən sonra baş qaldırıb.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi bu yaxınlarda bildirib ki, etirazçılar “ya düşmənin agentləri, ya da agent deyillərsə, düşmənlə eyni istiqamətdədir”.

Fazeli Harikandi deyib ki, Xamneyinin bəyanatı "məhkəmə sisteminin yol xəritəsidir".

Əmininin ölümündən sonra ölkə boyu baş qaldıran etirazlar 1979-cu il inqilabından bəri İslam Respublikası rəhbərliyi qarşısında ən böyük sınaqdır.

Tehran prokuroru Əli Salehi dediyinə görə, paytaxtdakı "son iğtişaşlarda" iştiraka görə 315 nəfər ittiham edilib və mühakimə olunub. Rəsmi İRNA xəbər agentliyi Salehiyə istinadən bildirib ki, etirazçılardan 4-ü "Allaha qarşı müharibə aparmaqda" günahlandırılıb. İran qanununa görə, bu, ölümlə cəzalandırıla bilər.

Tehran prokuroru həbs edilən etirazçıları ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək, sistem əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaq üçün toplaşmaqda və sui-qəsddə ittiham edib.

Osloda yerləşən İran İnsan Haqları Qrupu hökumətin etirazları amansızlıqla yatırdığı zaman 27-si uşaq olmaqla, azı 215 nəfərin öldürdüyünü bildirib.

İranın məhkəmə sistemi mərkəzi Əlborz vilayətində hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə 201 nəfərə qarşı ittiham irəli sürüldüyünü bildirib.

Vilayətin baş hakimi Hüseyin Fazeli Harikandi oktyabrın 24-də bildirib ki, ittiham olunanlar əsasən insanları sosial mediada etiraz aksiyalarına çağırdıqları üçün "əsas və fəal agentlər" sayılır.

O, həbs edilənlərin sayı barədə dəqiq rəqəm açıqlamayıb. Lakin o, ümumilikdə 600-dən çox adamın həbs olunduğunu, onlardan təxminən üçdə ikisinin artıq zaminə buraxıldığını bildirib.

Son narazılıq dalğası sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin baş örtüyünü düzgün örtməməsi iddiası ilə polis şöbəsində saxlanarkən öldürülməsindən sonra alovlanıb.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi bu yaxınlarda bildirib ki, etirazçılar “ya düşmənin agentləri, ya da agent deyillərsə, düşmənlə eyni istiqamətdədir”.

Fazeli Harikandi deyib ki, Xamneyinin bəyanatı “məhkəmə sisteminin yol xəritəsidir”.

Əmininin ölümündən sonra ölkə boyu baş qaldıran etirazlar 1979-cu il inqilabından bəri İslam Respublikası rəhbərliyinə qarşı ən böyük çağırışdır.

Tehran prokuroru Əli Salehi dediyinə görə, paytaxtdakı "son iğtişaşlarda" iştiraka görə 315 nəfər ittiham edilib və mühakimə olunub. Rəsmi İRNA xəbər agentliyi Salehiyə istinadən bildirib ki, etirazçılardan 4-ü "Allaha qarşı müharibə aparmaqda" günahlandırılıb. İran qanununa görə, o ölümlə cəzalandırıla bilər.

Tehran prokuroru həbs edilən etirazçıları ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək, sistem əleyhinə təbliğat aparmaq və ictimai asayişi pozmaq üçün toplaşmaqda və sui-qəsddə ittiham edib.

Osloda yerləşən İran İnsan Haqları Qrupu hökumətin etirazları amansızlıqla yatırdığı zaman 27-si uşaq olmaqla, azı 215 nəfərin öldürdüyünü bildirib.