İranda hökumət əleyhinə fəaliyyətlərinə görə beş fəal edam edilib

İranda hökumət əleyhinə fəaliyyətlərinə görə beş fəal edam edilib

İranın dövlət İRNA xəbər agentliyinin məlumatına görə beş nəfər bu gün Evin həbsxanasında asılmaqla edam edilib

İran bomba partladılması və digər hücumlarda ittiham edilmiş beş fəal, o cümlədən, dörd kürdün edam edildiyini bildirir.

İranın dövlət İRNA xəbər agentliyinin məlumatına görə beş nəfər bu gün Evin həbsxanasında asılmaqla edam edilib. İRNA-nın verdiyi məlumata görə, beş nəfər İranda islam əleyhinə ən böyük cinayət hesab edilən moharebe, ya da Allahın düşməni olmaqda ittiham ediliblər.

Xəbər agentliyi bildirir ki, bir qadın da daxil olmaqla edam edilən şəxslərdən dördü kürd üsyançı qrup PJAK-ın üzvləri olublar. İRNA onların adlarını açıqlarının Fərzad Kanagar, Əli Heydəriyan, Fərhad Vəkili və Şirin İlmholi oduğunu bildirib.

İRNA bildirir ki, beşinci fəal Mehdi İslamian 2008-ci ildə Şirazda məsciddə insan ölümülə nəticələnmiş bomba hücumunda əli olmuş monarxis qruun üzvü olub.