“Əmrahbank”ın valyuta əməliyyatları aparan kassaları bağlanıb

Bankdan bununla bağlı izahat verilmir

Bakıda əhalidən ən çox xarici valyuta alan və satan "Əmrahbank" bu gündən valyuta əməliyyatları üçün bütün kassalarını bağlayıb.

Bankın nümayəndəsi valyuta alışının həyata keçirilmədiyini təsdiq edib, bunu "daxili qaydalarla" izah etsə də, hansı qaydalardan söhbət getdiyini açıqlamayıb.

Bankdan həmçinin bildiriblər ki, kassaların nə vaxt açılacağını bilmirlər.

"Əmrahbank" valyuta ticarətində sadə vətəndaşların üz tutduğu əsas bank hesab olunur. Bankın xarici valyuta alış-satışında müəyyən etdiyi sərfəli məzənnə müştərilər üçün cəlbedici idi.

Əvvəllər bu rolu "Zaminbank" oynayırdı, o bağlandıqdan sonra "Əmrahbank" valyuta alış-satışında lider olub.