Vergi borcuna görə ölkədən çıxışlarına qadağa qoyulan şəxslərin siyahısı açıqlanıb

Bu barədə məlumatı Vergilər Nazirliyi yayıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən çıxışlarına qadağa qoyulan fiziki və hüquqi şəxslərin siyahısını açıqlayıb.

Məlumatda deyilir ki, vergi borcuna görə ölkədən çıxışlarına məhdudiyyət qoyulan fiziki şəxslərin sayı 391 nəfərdir.

Ölkədən çıxışlarına məhdudiyyət qoyulan hüquqi şəxslərin sayı isə 652 nəfər təşkil edir. Amma nazirlik bu hüquqi və fiziki şəxslərin vergi borclarının həcmini açıqlamayıb.

Bundan əlavə, nazirlik xəttilə 20 min manatdan çox vergi borcunu ödəməkdən yayındığına görə 67 hüquqi və 13 fiziki şəxs barədə cinayət işlərini məhkəməyə göndərilib.