Avqustun 30-da növbəti valyuta hərracı keçirilib
Avqustun 30-da növbəti valyuta hərracı keçirilib.
Azərbaycan Dövlət Neft Fondu (ADNF) bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Həmin vəsait 29 banka satılıb.
Son vaxtlar bəzi xəbər agentlikləri bildirirlər ki, əslində, hərracda heç də təklif tələbə cavab vermir. Banklar daha çox vəsait almaq istəyirlər.
Hazırda ölkədə dollar qıtlığı yaşandığı bildirilir. Əksər banklar yalnız limitlə dollar satışını həyata keçirirlər.