Mərkəzi Bankın İdarə Heyəti avqustun 8-dən uçot dərəcəsini 9.5 faiz səviyyəsinə çatıb
Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 6-8-nə USD/AZN məzənnəsini 1,6005 səviyyəsində müəyyən edib.
AMB-ın məlumatına görə avqustun 5-də USD/AZN məzənnəsi 1,5980 idi.
Beləliklə, ardıcıl olaraq iki ayda dollar təxminən 0,11 manat bahalaşıb və psixoloji 1,60 manat səviyyəsini keçib.
Bu, Azərbaycanın valyuta bazarında ajiotaj yaradıb.
Bu gün banklarda aparılan müşahidələr göstərir ki, bir sıra kommersiya bankları Amerika valyutasının satışını dayandırıb.
Digər banklar dollar satışını məhdudlaşdırıb və bir nəfərə 500 və ya 1000 dollar satır.
Mərkəzi Bankın İdarə Heyəti avqustun 8-dən uçot dərəcəsini 9.5 faiz səviyyəsinə çatıb.
Son dəfə MB 2016-cı il martın 4-dən uçot dərəcəsini 5 faizdən 7 faizə qaldırmışdı.